FHN: Ötən sutka 27 yanğına çıxış olub, 3 nəfər xilas edilib, 4 nəfərin meyiti aşkarlanıb

FHN: Ötən sutka 27 yanğına çıxış olub, 3 nəfər xilas edilib, 4 nəfərin meyiti aşkarlanıb
# 06 dekabr 2021 10:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin həyata keçirilən xilasetmə əməliyyatları zamanı 4 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR