FHN: Ötən sutkada biri azyaşlı olmaqla beş nəfər xilas edilib

FHN: Ötən sutkada biri azyaşlı olmaqla beş nəfər xilas edilib
# 12 iyun 2021 12:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğınlar zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Yuxarı Qarabağ su kanalında axtarışları aparılan 2006-cı il təvəllüdlü Əzizov Elvin Sənan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR