Füzulidə avtomobil çaya aşıb, sürücü ölüb

Füzulidə avtomobil çaya aşıb, sürücü ölüb
# 14 iyun 2021 13:00 (UTC +04:00)

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Böyük Bəhmənli kəndi ərazisində Qarakollu kənd sakini Cehun Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən “Quruçay” çayına aşırıb. Qəza nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR