Füzulidə evdə yanğın olub

Füzulidə evdə yanğın olub
# 24 avqust 2021 17:56 (UTC +04:00)

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti və pəncərə çərçivəsi yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan otağın tavanı və ev əşyaları qismən qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR