Füzulidə işğaldan azad olunmuş ərazilərə keçmək istəyən 6 nəfər saxlanılıb

Füzulidə işğaldan azad olunmuş ərazilərə keçmək istəyən 6 nəfər saxlanılıb
# 19 may 2021 12:02 (UTC +04:00)

Mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR