Gədəbəydə tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Gədəbəydə tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 06 iyun 2021 09:25 (UTC +04:00)

Gədəbəy rayonunda tanışını bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs rayonun Düzyurd kənd sakini 1982-ci il təvəllüdlü Elməddin Şamilov Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı hadisəni şəxsi münasibətlər zəminində törətdiyini deyib.

Saat 02:37

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

Kənd sakini ,1984-cü il təvəllüdlü Anar Surxay oğlu Məhərrəmov bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni A.Məhərrəmovun qonşusu Elməddin Şamilov törədib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR