Gəncədə 27 yaşlı kişi bıçaqlanıb

Gəncədə 27 yaşlı kişi bıçaqlanıb
# 03 iyul 2021 17:21 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. 1994-cü il təvəllüdlü Sadıqov Faiq Zahid oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR