Gəncədə evlərdən su qurğularını oğurlayan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Gəncədə evlərdən su qurğularını oğurlayan şəxs saxlanılıb

© APA | Gəncədə evlərdən su qurğularını oğurlayan şəxs saxlanılıb

# 17 iyul 2021 09:50 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, Elmir İsmayılov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 700 manatdan çox olan su qurğularını oğurlayıb.

E.İsmayılov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR