Bank Of Baku

Gəncədə minik avtomobili hasara və traktora çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO - VİDEO

Qəzaya uğrayan "Mercedes" markalı minik avtomobili, Gəncə

© APA | Qəzaya uğrayan "Mercedes" markalı minik avtomobili, Gəncə

# 19 dekabr 2021 18:25 (UTC +04:00)

Gəncədə minik avtomobili hasara, daha sonra hasarın arxasındakı traktora çırpılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü Məmmədov İlham Elşən oğlu idarəetməni itirib. Nəticədə avtomobil yolda çıxaraq yol kənarındakı hasara, daha sonra hasarın arxasındakı traktora çırpılıb.
Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR