Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - VİDEO - YENİLƏNİB

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 14 iyul 2021 13:24 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

APA-nın yerli bürosunun xəbərinə görə, Baş İdarənin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Emin Bədirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilib.

Polis İdarəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşı Ece Mustafa saxlanılıb. Onun üzərindən narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb.

İdarənin ərazi üzrə Polis Bölməsinin əməkdaşları Teymur Məmmədovu saxlayaraq bölməyə gətiriblər. Baxış zamanı aşkar onun üzərindən aşkar olunan “heroin” müvafiq ekspertizaya göndərilib.

Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki mağazalardan birinə məxsus 16 ədəd taxta lövhələri oğurlamaqda şübhəli bilinən Elnur Cəfərov saxlanılıb. Araşdırma zamanı onun üzərindən qanunsuz olaraq əldə edib saxladığı narkotik maddə olan heroin aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs oğurluq hadisəsini narkotik vasitə əldə etmək üçün törətdiyini etiraf edib.

Narkotik maddə əldə etmək üçün oğurluq edən digər bir Gəncə şəhər sakinini Nizami RPİ-nin ərazi üzrə Polis Bölməsinin əməkdaşları saxlayıb. Belə ki, əvvəllər məhkum olunmuş Hümbət Axundov müxtəlif vaxtlarda bir neçə şəhər sakininə məxsus telefonları oğurlayaraq satıb. Saxlanılan zaman üzərindən narkotik maddə olan heroin aşkarlanan şübhəli şəxs törətdiyi cinayətləri etiraf edib. Onun digər analoji cinayət hadisələri törətməsi də istisna edilmir.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR