Gəncədə qadını avtomobil vuraraq öldürüb - VİDEO

Gəncədə qadını avtomobil vuraraq öldürüb - VİDEO
# 21 sentyabr 2021 19:23 (UTC +04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Nissan” markalı minik avtomobili yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Aynurə Cəfərovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR