Gəncədə hündürlükdən yıxılan şəhid qardaşının vəziyyəti ağırdır - YENİLƏNİB

Gəncədə hündürlükdən yıxılan şəhid qardaşının vəziyyəti ağırdır - YENİLƏNİB
# 25 sentyabr 2021 21:04 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, P.İsgəndərovun vəziyyəti çox ağırdır.

Qeyd edək ki, bu gün P.İsgəndərovun hadisə nəticəsində dünyasını dəyişməsi ilə bağlı xəbər yayılmışdı.

***

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. P.İsgəndərovun xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR