Göyçayda 5 otaqlı ev yanıb

Göyçayda 5 otaqlı ev yanıb
# 31 may 2021 13:28 (UTC +04:00)

Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun İnçə kəndində qeydə alınıb. Kənd sakini, 1942-ci il təvəllüdlü Solmaz Abdulxaliqovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan 5 otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 125 kvadratmetr hissəsi yanıb, qalan hissəsi alovdan mühafizə edilib. Evin əşyaları yanaraq yararsız hala düşüb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR