Göygöldə minik maşını səkiyə çırpılıb, sürücü xəsarət alıb

Göygöldə minik maşını səkiyə çırpılıb, sürücü xəsarət alıb
# 25 may 2021 02:36 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl-Toğana avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşımı idarəetməni itirib. Nəticədən minik maşını yolun kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Əsgərov Ramin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR