Göygöldə sürücü bıçaqladığı həmyerlisini xəstəxanaya apararkən avtomobili aşırıb, xəstə ölüb - FOTO - YENİLƏNİB - VİDEO

Göygöldə sürücü bıçaqladığı həmyerlisini xəstəxanaya apararkən avtomobili aşırıb, xəstə ölüb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 01 sentyabr 2021 20:22 (UTC +04:00)

Göygöldə ölümlə nəticələnən yol qəzasının bəzi təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Ayxan Hüseynli tanışı 198o-ci il təvəllüdlü Hüseyn Əsgərov tərəfindən bıçaqlanıb.

H.Əsgərov A.Hüseynovu öz avtomobili ilə xəstəxanaya aparanda maşını yolda aşırıb və nəticədə bıçaqlanan şəxs dünyasını dəyişib.

H.Əsgərov polis tərəfindən saxlanılıb.

***

19:11

Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR