Göygöldə yaşayış evi yanıb

Göygöldə yaşayış evi yanıb
# 28 avqust 2021 08:22 (UTC +04:00)

Göygöl rayonunun Yeni Qızılca kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 160 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR