Göygöylə  baş verən qəzada 3 nəfər xəsarət alıb

Göygöylə  baş verən qəzada 3 nəfər xəsarət alıb
# 19 iyul 2021 08:45 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Qasımova Mahirə Qələndər qızı, 2007-ci il təvəllüdü Qasımova Nuray Elsevər qızı və 2009-cu il təvəllüdlü Qasımova Fidan Elsəvər qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR