Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var
# 05 oktyabr 2021 11:25 (UTC +04:00)

Hacıqabulda avtomobil aşıb, 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər - Bakı sakinləri - 1984-cü il təvəllüdlü Əliyev Gülbala Nurbala oğlu 1987-ci il təvəllüdlü Dadaşov Feyruz Asif oğlu xəsarət alıb. Xəsarət alanlar Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR