Hacıqabulda motosiklet qəzaya uğrayıb

Hacıqabulda motosiklet qəzaya uğrayıb
# 02 iyul 2021 22:15 (UTC +04:00)

Hacıqabulda motosiklet qəzaya uğrayıb, sürücü ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Udulu qəsəbə sakini, 1999-cu il təvəllüdlü Əzizov Nahid Vahid oğlu idarə etdiyi motosikleti hasara çırpıb.

Nəticədə 22 yaşlı gənc ağır xəsarətlərlə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR