Hava almaq üçün çölə çıxdığını deyən koronavirus xəstəsi metroda saxlanılıb - FOTO

Hava almaq üçün çölə çıxdığını deyən koronavirus xəstəsi metroda saxlanılıb - FOTO
# 24 oktyabr 2021 19:50 (UTC +04:00)

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasında aktiv koronavirus xəstəsi müəyyən olunub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, 1982-ci il təvəllüdlü Eldam Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Aktiv koronavirus xəstəsi hava almaq üçün üçün evdən çıxdığını deyib. E.Hüseynov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR