İmişlidə minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb                          

İmişlidə minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb                          
# 15 iyul 2021 21:16 (UTC +04:00)

İmişlidə baş verən qəzada 3 nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.

“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 3 nəfər - İmişli rayonunun Boşçallar kənd sakinləri, 1982-ci il təvəllüdlü Süleymanov İsmayıl Bəybala oğlu, 1982-ci il təvəllüdlü Şükürov Fəxri Cümşüd oğlu və 1979-cu il təvəllüdlü Bilalov Fəxrəddin Həsənzadə oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR