İsmayıllı sakinindən odlu silah götürülüb

İsmayıllı sakinindən odlu silah götürülüb
# 27 oktyabr 2021 10:23 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Çəmənli kənd sakini Telman Məlikovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR