İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı avqustun 17-də aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan A.Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.
İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
© APA | İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
18 avqust 2021 10:13 (UTC +04:00)
Hadisə
Bakıda zəncirvari ağır yol qəzası baş verib, xəsarət alan var - FOTO
00:48
11 may 2024
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var - FOTO
21:19
10 may 2024
Hacıqabulda yol qəzası baş verib, xəsarət alan var
20:08
10 may 2024
İmişlidə 10 yaşlı uşağın itkin düşməsi barədə cinayət işi üzrə icraat bərpa edilib
18:01
10 may 2024