İsmayıllıda “Mercedes” elektrik dirəyinə çırpılıb, yanğın olub

İsmayıllıda “Mercedes” elektrik dirəyinə çırpılıb, yanğın olub
# 14 iyul 2021 19:27 (UTC +04:00)

İsmayıllı rayonunun Kəlbənd kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, yanğın nəticəsində avtomobilin yanar hissələri və yaxınlıqda olan kol-kosdan ibarət çəpər 80 p.m yanıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR