Klarnet ifaçısı Məmmədbağır Misiroğlu dənizdə batıb

Məmmədbağır Misiroğlu

© APA | Məmmədbağır Misiroğlu

# 02 sentyabr 2021 11:59 (UTC +04:00)

Azərbaycanlı klarnet ifaçısı dənizdə boğulub.

APA-nın xəbərinə görə, hadisə ötən gün Mərdəkan qəsəbəsi ərazisindəki çimərliklərin birində qeydə alınıb.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Məmmədbağır Misiroğlu boğularaq vəfat edib.

Faktı müğənni Manaf Ağayev APA-ya təsdiq edib.

M. Ağayev Məmmədbağır Misiroğlunun bu gün dəfn olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR