Lənkəran sakininə tüfənglə xəsarət yetirilib

Lənkəran sakininə tüfənglə xəsarət yetirilib
# 12 iyul 2021 13:24 (UTC +04:00)

Lənkəran sakininə tüfənglə xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, polisə iyulun 11-də saat 2 radələrində şəhər sakini F.Əlizadənin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlıq zəminində F.Əlizadəyə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Lənkəran sakini Q.Tahirov müəyyən edilərək saxlanılıb, ondan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR