Lənkəranda avtomobil aşıb, sürücü ölüb - FOTO

Lənkəranda qəza

© APA | Lənkəranda qəza

# 16 sentyabr 2021 16:20 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Nərimanabad qəsəbəsində "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Məzahir Məhərrəm oğlu Ağayev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin -1984-cü il təvəllüdlü Fariz Sadıqov ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR