Mingəçevirdə 58 yaşlı kişi körpüdən özünü çaya atıb

Mingəçevirdə 58 yaşlı kişi körpüdən özünü çaya atıb
# 06 oktyabr 2021 16:10 (UTC +04:00)

Mingəçevir sakini körpüdən özünü çaya atıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə az öncə nəqliyyat körpüsü üzərində baş verib.

İlkin məlumata görə, şəhər sakini, 58 yaşlı Əlövsət Əhmədov ətrafdakıların gözü önündə özünü körpüdən Kür çayına atıb.

Sahildə olan qayıqçıların müdaxiləsi nəticəsində batmaq üzrə olan şəxs xilas olunaraq sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onun özünü çaya atmasının səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR