Mingəçevirdə iki nəfəri silahla hədələyən şəxs tutulub

Mingəçevirdə iki nəfəri silahla hədələyən şəxs tutulub
# 06 dekabr 2021 11:49 (UTC +04:00)

Mingəçevirdə iki nəfəri silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə dekabrın 4-də bir nəfərin Yevlax rayon sakini E.Poladovu və Tərtər rayon sakini E.Vəliyevi silahla hədələməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin şəxsin Mingəçevir şəhər sakini M.Nuriyev olması müəyyən edilib.
Görülmüş tədbirlərlə o, saxlanılıb. İdarə etdiyi “NAZ-Lifan” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olan “Dərya MK-12” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR