Mingəçevirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO

Mingəçevirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO
# 04 noyabr 2021 19:57 (UTC +04:00)

Mingəçevirdə yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 20 Yanvar küçəsində baş verib. “VAZ 2106” markalı maşın dayanıqlı vəziyyətdə olan “KİA” markalı avtomobilə çırpılıb.Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan şəhər sakinləri – 1999-cu il təvəllüdlü Cəfərov Məmməd Əvəz oğlu və 1986-cı il təvəllüdlü Lətifov Ceyhun Sədrəddin oğlu xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR