Polisə tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs həbs olunub

Polisə tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs həbs olunub
# 30 oktyabr 2021 13:14 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 28-də “VAZ-2106” markalı avtomobillə Alxanlı kəndi ərazisində və Füzuli şəhəri ərazisində yerləşən nəzarət postlarında tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərdiyinə görə saxlanılmış Əhmədbəyli kənd sakini M.Möhsümzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmə tərəfindən 25 gün müddətinə inzibati qaydada həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR