Prokuror Sumqayıtda qətl törədən ata və oğula cəza istəyib

Prokuror Sumqayıtda qətl törədən ata və oğula cəza istəyib
# 29 sentyabr 2021 13:30 (UTC +04:00)

Qəsdən adam öldürməkdə təqsirli bilinən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək R.İsmayılovun 20, Ə.İsmayılovın isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses sentyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində baş verib.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Dörd gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilib ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. İnsident söyüş üstündə olub.

Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, R.Həbibov idmançı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR