Prokurorluq: Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi faktı araşdırılır

Kamal Namazov

© APA | Kamal Namazov

# 25 oktyabr 2021 12:21 (UTC +04:00)

Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi barədə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, K. Namazovun beş gün əvvəl nigaha daxil olduğu bildirilir.

Sosial şəbəkələrdə K. Namazovun döyülərək, xəsarət aldığı barədə iddialar irəli sürülür..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR