Prokurorluq: Şirvanda vəkilin döyülməsi ilə bağlı cinayət işinin başlanması üçün əsas olmayıb

Baş prokurorluq

© APA | Baş prokurorluq

# 21 sentyabr 2021 10:48 (UTC +04:00)

Bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı zala daxil olan vəkil Coşqun İsgəndərova zalda olan Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 13-də Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında asayişin kobud formada pozulması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb, hadisənin iştirakçıları məhkəmə tibbi müayinədən keçirilib.

Müayinə nəticəsində onların bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsi səbəbindən, cinayət işinin başlanması üçün əsaslar müəyyən edilmədiyindən müvafiq qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR