Qazax sakinində narkotik aşkarlanıb

Qazax sakinində narkotik aşkarlanıb
# 16 oktyabr 2021 09:16 (UTC +04:00)

Qazax sakinində narkotik aşkarlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Xəbərə görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Sərxan Əhmədovun yaşadığı evə baxış keçirilən zaman oradan narkotik maddə olan “heroin”, “metamfetim” “marixuana”, müxtəlif şprislər aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR