Qazaxda 35 yaşlı qadın dəm qazından zəhərlənib

Qazaxda 35 yaşlı qadın dəm qazından zəhərlənib
# 21 noyabr 2021 17:55 (UTC +04:00)

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində baş verib.
1986-cı il təvəllüdlü Osmanova Ramilə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, 35 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR