Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 19 noyabr 2021 11:01 (UTC +04:00)

Qazax rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Qurbanova Aygün Asəf qızı və 1963-cü il təvəllüdlü Eyyubova Bəturə Hüseyn qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR