Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb, sürücü xəsarət alıb

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb, sürücü xəsarət alıb
# 28 oktyabr 2021 11:48 (UTC +04:00)

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini Valeh Cənnətov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən piyada Narıngül Səbzəliyevanı vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində isə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR