Qətl törədib meyiti zirzəmidə basdıran kriminal avtoritet 19 il azadlıqdan məhrum edilib 

Qətl törədib meyiti zirzəmidə basdıran kriminal avtoritet 19 il azadlıqdan məhrum edilib 
# 16 noyabr 2021 15:48 (UTC +04:00)

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Eldar Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, E.Cabbarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Cabbarova qarşı bir neçə ağır maddə ilə ittiham irəli sürülüb. O, qəsdən adam öldürmə, hədə-qorxu ilə tələb etmə, külli miqdarda narkotik maddə əldə etmə və satma, odlu silah əldə etmə maddələri ilə təqsirləndirilir.

Dəfələrlə məhkum olunmuş 1970-ci il təvəllüdlü Eldar Cabbarov kriminal aləmdə “Əmioğlu” ləqəbli ilə tanınıb.

Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək də götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4 350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Əməliyyat tədbirləri ilə onun Sumqayıt şəhəri ərazisində idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR