Respublika Neyrocərrahiyyə Xəstəxanasında yanğın olub - YENİLƏNİB

Respublika Neyrocərrahiyyə Xəstəxanasında yanğın olub - YENİLƏNİB
# 07 iyul 2021 18:34 (UTC +04:00)

TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA xəbər verir ki, qurumdan yanğının Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətində baş verdiyi qeyd olunub.

“Yanğınsöndürənlərin müdaxiləsi ilə alovun qarşısı alınıb”, - deyə TƏBİB-in məlumatında bildirilir.

***

18:22

Bu gün saat 17:43-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətyanı ərazisində yanğın olması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:52-də söndürülüb.

İlkin məlumata əsasən, xəstəxananın həyətyanı ərazisində karton və taxta tullantıları təqribən 10 kv.m sahədə yanıb. Xəstəxana binası yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR