Saatlıda arvadını öldürən şəxsin məhkəməsi başlayır

Saatlıda arvadını öldürən şəxsin məhkəməsi başlayır
# 25 may 2021 17:07 (UTC +04:00)

Saatlı rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qadir Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.


Qeyd edək ki, hadisə ötən il noyabrında Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. Həmin kəndin sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqlayaraq qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR