Sabirabad sakini həmyerlisi tərəfindən bıçaqlanıb

Sabirabad sakini həmyerlisi tərəfindən bıçaqlanıb
# 10 noyabr 2021 23:34 (UTC +04:00)

Sabirabad sakini münaqişə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Zəngənə kəndində baş verib.

Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Babayev Babək Balabəy oğlu qoltuq nahiyəsinin bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və yaralıya cərrahiyə tikişi qoyulub.

Faktla bağlı Sabirabad Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR