Sabirabad sakini torpaq üstündə qardaşı tərəfindən döyülüb

Sabirabad sakini torpaq üstündə qardaşı tərəfindən döyülüb
# 17 iyun 2021 02:13 (UTC +04:00)

Sabirabad sakini qardaşı tərəfindən bellə döyülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Kovlar kənd sakini, 1984-cü il təvəllüdü İbrahimov Pərviz Ağaqardaş oğlu torpaq üstündə qardaşı tərəfindən bellə döyülüb.

P.İbrahimov başının yarılması, ayağının sınığı və digər ağır xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR