Sabirabadda qaynını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadda qaynını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 07 sentyabr 2021 16:12 (UTC +04:00)

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

Qeyd edək ki, hadisəni İlkin Zərbəliyevin yeznəsi - Məmişlər kənd sakini, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev törədib. O, eyni zamanda qayınanası - 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızını və öz həyat yoldaşı 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilalə Əlifağa qızına da xəsarətlər yetirib. Gülzar Zərbəliyeva beyin silkələnməsi diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

***

14:58

Sabirabadda bıçaqlanma hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlfağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

Qeyd edək ki, hadisəni İ. Zərbəliyevin yeznəsi törədib. O, eyni zamanda qayınanasına da xəsarətlər yetirib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR