Şabran sakininin evindən narkotik götürülüb - FOTO

Əzəmət Həkimov

© APA | Əzəmət Həkimov

# 05 oktyabr 2021 12:26 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əzəmət Həkimov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, xaşxaş bitkisindən kustar üsulla alınmış tiryək, külli miqdarda psixotrop maddə olan metamfetamin və xeyli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR