Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Şabranda yol qəzası

© APA | Şabranda yol qəzası

# 11 oktyabr 2021 11:20 (UTC +04:00)

Bu gün Şabran rayonu ərazisində yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza rayonun Qorğan kəndində qeydə alınıb.

Şabran rayon sakini Əliyev Abdulla Əziz oğlunun idarə etdiyi 90 EN 37 dövlət nömrə nişanlı, “VAZ 2106” ilə Şabran rayonu, Qazbabalı kənd sakini Quliyev Sakit Allahqulu oğluna məxsus 99 UF 275 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Əliyev Qulu Teyyub oğlu və Əliyev Qadir Bəhmən oğlunun xəsarətləri ağır olduğu üçün müalicələri stasionar şəraitdə davam etdirilir. Digər iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR