Salyanda avtoqəza zamanı 2 nəfər xəsarət alıb

Salyanda avtoqəza zamanı 2 nəfər xəsarət alıb
# 04 iyun 2021 18:14 (UTC +04:00)

Salyanda minik maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza hadisəsi Salyan rayonunun Qaraçala kəndi ərazisində qeydə alınıb. Minik avtomobillərinin toqquşması nəticəsində avtomobildə olan Qarabağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Həsənov Fariz Təvəkkül oğlu və 2005-ci il təvəllüdlü Həsənov Elnur Ariz oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR