Salyanda fermadan qoyun oğurlayan şəxs tutulub - FOTO

Salyanda fermadan qoyun oğurlayan şəxs tutulub - FOTO

© APA | Salyanda fermadan qoyun oğurlayan şəxs

# 10 sentyabr 2021 15:42 (UTC +04:00)

Salyanda fermadan 16 baş qoyun oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlaması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar Salyan və Ağcəbədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla əlaqədar E.Musayev barəsində Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR