Salyanda karantin qaydaları pozulan toy məclisləri aşkar edilib - FOTO

Salyanda toylarda karantin qaydaları pozulub

© APA | Salyanda toylarda karantin qaydaları pozulub

# 27 iyul 2021 15:42 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən "Asif" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan APA-ya verilən xəbərə görə, adı çəkilən restoranın sahibi A.Əhmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Kərimbəyli kənd sakini İ.Məmmədovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 90 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan hər iki qayda pozuntusu ilə inzibati qaydada tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR