Samuxda çoban ferma sahibini qətlə yetirib - YENİLƏNİB - VİDEO

Samuxda çoban ferma sahibini qətlə yetirib - YENİLƏNİB  - VİDEO

© APA | Samuxda qətl baş verən ferma

# 30 iyul 2021 14:39 (UTC +04:00)

Prokurorluq Samuxda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Samux rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib, Arzu Abdullayev aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

***

13.54

Samuxda qətl hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində, fermada qeydə alınıb. Fermada çoban işləyən 1976-ci il təvəllüdlü Samir Quliyev ferma sahibi Gəncə sakini, 1990-cı il təvəllüdlü Arzu Abdullayevə bıçaqla zərbə vurub. A. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda S. Quliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR